Conson namizəd olmaq üçün yetərli səsi TOPLAYIB

Conson namizəd olmaq üçün yetərli səsi TOPLAYIB

Boris Conson Britaniyanın baş naziri postuna namizəd olmaq üçün yetərli sayda dəstəyə malikdir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri Consonun yaxın ətrafına istinadən yazıb.

 

Britaniyanın Baş naziri postuna namizəd olmaq üçün siyasətçilər parlamentin 100 deputatının dəstəyini qazanmalıdır. Qəzet Consonu dəstəkləyən deputatların sayının 100-ə çatdığını bildirir. Conson hələlik rəsmi olaraq namizədliyini açıqlamayıb. 

 

Qeyd edək ki, Britaniyanın 44 gün Baş naziri olan Liz Trass dünən istefa verib. Hələlik yalnız İcmalar Palatasının rəhbəri Penni Mordaunt ölkənin son 6 ildə beşinci Baş naziri olmaq üçün namizədliyini irəli sürüb. Consonun dövründə maliyyə naziri vəzifəsini tutan Rişi Sunak da potensial namizədlərdən biridir.

 

Akif İsmayılov

Mənbə

Share: