
“Ukrayna müdafiəçiləri türk dronlarından hələ də fəal şəkildə istifadə edirlər…”
Son zamanlar Ukrayna cəbhələrindən “Bayraktar”ların tətbiqi ilə bağlı heç bir məlumat və Türkiyə istehsalı olan pilotsuz təyyarənin köməyi ilə düşmənlərin darmadağın edilməsini əks etdirən video-görüntülər görsənmir. Bununla belə, ukraynalı müdafiəçilər hələ də bu PUA-lardan istifadə edirlər. Sadəcə, indi dronların işləməsi haqqında məlumatlar ictimai sahədə daha az yayılmağa başlayıb.
Moderator.az xəbər verir ki, “UNİAN”ın yaydığı məlumata görə, bu barədə məlumatı Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç rusiyalı müxalifətçi və hüquqşünas Mark Feyqinlə söhbəti zamanı açıqlayıb.
” “Bayraktar”larla hər şey qaydasındadır”. Andrey Yermak (PO rəhbəri-red.) bir ay əvvəl Türkiyədəki fabrikə əbəs yerə getməmişdi. “Bayraktarlar”la hər şey yaxşıdır, sadəcə, biz onları parlatmırıq. Onlar hər ikinci xəbərimizdə görünmürlər: “ “Bayraktar”lar qazandı, “Bayraktar”lar elə etdi, “Bayrakt”arlar belə etdi… Onlar işləyirlər, amma biz sadəcə olaraq diqqət etmirik, bu mövzunu tirajlamırıq”, – deyə Arestoviç bildirib.
Feygin PO məsləhətçisindən PUA-larla bağlı belə bir qərarın olub-olmadığını soruşub. Arestoviç cavabında Türkiyənin Ukraynadakı müharibə ilə bağlı mövqeyini də nəzərə alaraq belə bir addımı “ağıllı” adlandırıb. Rəsmi Ankara məhbusların mübadiləsində də vasitəçi kimi çıxış edir. Bütövlükdə bu, ictimai məkanda türk pilotsuz təyyarələrinin cəbhədəki işi ilə bağlı məlumatların sayının azalmasına səbəb olub.
Sultan Laçın