
Avstriyanın paytaxtı Vyanada etiraz aksiyası keçirilib.
Modern.az xəbər verir ki, etiraza qalxan vətəndaşlar Avstriyanın Avropa İttifaqından çıxmasını tələb ediblər.
Bildirilib ki, Vyananın birlikdən çıxması artıq zərurətdir.
Nümayişin təşkilatçıları təhlükəsizlik və iqtisadi siyasətin dövlət maraqlarına uyğun olmadığı üçün ölkənin Aİ-dən çıxmasının vacibliyini vurğulayıblar.
Avstriya vətəndaşlarının mövqeyini əllərində tutduqları “Avstriya neytral qalır” və “Təhlükəsiz sərhədlər – təhlükəsiz gələcək” plakatları da aydın şəkildə göstərib.
Yerli polisin məlumatına görə, aksiya zamanı hər hansı insident müşahidə olunmayıb.