Yalnız bu ölkə Avropanı energetika böhranından çıxaracaq…

Yalnız bu ölkə Avropanı energetika böhranından çıxaracaq…

Şahmat taxtasında yeni gediş…

 

“Avropa İttifaqı təhlükəsizlik sahəsində xeyli dərəcədə ABŞ-dan, energetikada Rusiyadan asılıdır…”

 

“Avropa İttifaqının bu ilin iyul ayında Azərbacanla TANAP qaz kəmərilə bağlı imzaladığı sazişdən başqa variantları yoxdur…”

 

“Ankara Rusiya qazı ilə yanaşı, Azərbaycan, Türkmənistan və başqa ölkələrin qazını da Avropaya tədarük edə bilər…”

 

“ABŞ Türkiyənin Ukrayna böhranında rasional, balanslı, sülhsevər siyasətinə qarşı etiraz edə bilməz…”

 

Avropa İttifaqının Türkiyənin regionun qaz qovşağı olduqdan sonra Rusiya qazının Türkiyə vasitəsilə ixrac  edilməsindən başqa çıxış yolu yoxdur.

 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri yazıb.

 

Putinin şahmat partiyasında belə gedişi Amerikanı zərbə altına qoyur. Vaşinqton anladıb ki, başqa ölkələrə Rusiya əleyhinə sanksiyaların yumşaldılmasına imkan verməyəcək.

 

ABŞ OPEK+ ölkələrinin neft hasilatının azaldılması qərarına kəskin reaksiya verərək, bəyan edib ki, bu, “Rusiyaya dəstək verməyə” bərabərdir. Üstəlik, Amerika Səudiyyə Ərəbistanını öz ölkəsinin hərbi qulluqçularının çıxarılması ilə təhdid edib.  ABŞ  eyni zamanda Avropanı Rusiyanın energetika tənliyindən çıxmağa məcbur edir. Bu yolla onlar Rusiyanı zəiflətmək və Avropa İttifaqı ilə NATO-nu nəzarətdə saxlamaq istəyir. Bunun ən mühüm alətlərindən biri də energetikadır.

 

Bu arada isə Avropa İttifaqı təhlükəsizlik sferasında xeyli dərəcədə ABŞ-dan, energetikada Rusyadan asılıdır. Bu yaxınlarda “Şimal axınları”nda diversiya törədilib, nəticədə qaz kəməri bağlanıb. Hazırda Vaşinqton Brüsselən Moskva ilə hər hansı əlaqələri kəsməyə çağırış edir.

 

Avropa İttifaqının variantları məhduddur. Bu ilin iyul ayında Azəraycanla Transanadolu qaz kəmərinin (TANAP) buraxılış qabiliyyətinin artırılmasını nəzər tutan sazişdən başqa, demək olar ki, variantı yoxdur. Aİ üçün digər alternativlər İraq, İran, İsrail və Şərqi Aralıq dənizi resurslarıdır. Bu resursların Avropaya yeganə uyğun marşrutu Türkiyədən keçir.

 

Bu şəraitdə Putinin Türkiyəni enerji paylayıcı mərkəzə çevirmək təklifi çox əhəmiyyətlidir. Bu, şahmat taxtasında yeni gedişdir. Bu məsələ barəsində texniki danışıqlar hələ aparılmayıb. Lakin rəsmi bəyanatlarda əks edilən bəzi elementlər məsələnin mahiyyəti barədə təsəvvür yaradır. Rusiya “Türkiyə axını”na paralel olaraq yeni qaz kəmərinin tikintisinə, Türkiyədə qaz paylayıcı mərkəzin yaradılmasına və Rusiya qazının Avropaya Türkiyə vasitəsilə çatdırılmasına, habelə qazın qiymətinin Ankarada formalaşdırılmasına tərəfdardır.

 

Ankara bu layihəyə maraq göstərir, medalın hər iki üzünü görür, imkanları və təhlükələri nəzərdən keçirir.

 

Ukrayna münaqişəsi nə zamansa bitəcək və bazar  gerçəklikləri, hər halda energetika sahəsində yeni əməkdaşlıq tələb edəcək. Bu layihə sayəsində Türkiyə investisiya qoyaraq müharibədən sonrakı dövrdə böyük gəlirlər əldə edə biləcək.

 

Eyni zamanda, Ankara öz üzərinə Rusiya ilə Ukrayna arasında strateji vasitəçi rolunu götürə bilər, bunu taxıl böhranı zamanı, əsirlərin dəyişdirilməsi, Dolmabaxçada danışıqıarda, energetika sahəsində, həmçinin Rusiya-Qərb oxunda müşahidə etmişik. Üstəlik, Türkiyə Putinin təklifindən daha da irəliyə gedərək, Rusiya qazı ilə yanaşı, Avropaya Azərbaycan, Türkmənistan, İraq, İran və İsrail qazını da tədarük edə bilər.

 

Avropanın təbii qaza ehtiyacı var. Ona görə də enerjinin kənardan idxalından asılı olan Aİ ölkələri, ilk növbədə Almaniya, bu alternativi dəstəkləyəcək.

 

Sual olunur: belə strateji layihə ABŞ ilə münasibətlərə necə təsir göstərəcək?  Ukrayna böhranında Ankaranın vacib rolu Vaşinqtonu Ərdoğanla daha balanslı münasibətlər qurmağa vadar edir. Bu vəziyyətdə ABŞ Türkiyəni Qərb blokuna yaxın məsafədə saxlamaq və onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etmək istəyir

 

Vaşinqton açıq şəkildə anladır ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına yönəlik istənilən layihənin əleyhinə çıxacaq.  Buna baxmayaraq, ABŞ Türkiyənin Ukrayna hadisələrinə münasibətdə rasional, balanslı, sülhsevər siyasətinə qarşı  etiraz edə bilməz. Energetikada Vaşinqton Ankaranın əleyhinə heç kimin “yox” deyə bilməyəcəyi düsturuna hazırlaşmalıdır.

 

Müəllif: Yahya Bostan

Mənbə

Share: