Ukraynada Rusiyanın 40-dan çox səfərbər edilmiş vətəndaşı həlak olub

Ukraynada Rusiyanın 40-dan çox səfərbər edilmiş vətəndaşı həlak olub

Ukraynada Rusiyanın son bir ayda səfərbərliyə alınan azı 41 vətəndaşı həlak olub.

 

Bunu “Mediazona” və BBC-nin rus xidmətinin jurnalistləri könüllülər komandası ilə birlikdə açıq mənbələrə istinadən müəyyən ediblər.

 

Qeyd edildiyi kimi, bu itkilərin bəziləri qeyri-döyüş şəraitində – cəbhəyə yola salınmamışdan əvvəl təlim mərkəzlərində, poliqonlarda və hərbi hissələrdə qeydə alınıb.

 

Araşdırmaya əsasən, Rusiya Ukrayna ilə müharibəyə başlayandan indiyədək azı 7 822 hərbçi ölüb.

 

Könüllü dəstələr arasında itkilər müharibənin əvvəlindən indiyədək əhəmiyyətli dərəcədə artıb. Bu itkilər hava-desant və motoatıcı qoşunlarda qeydə alınan itkilərlə müqayisə edilə bilər. Könüllülər arasında 800-dən çox, hava-desant və motoatıcı qoşunlarda isə 1 200-dən çox insan həlak olub.

 

Bundan əlavə, muxtar respublikaların itkiləri digərlərindən daha çoxdur – Dağıstan və Buryatiya bu sırada öndə gedir.

 

“Mediazona” yazır ki, Ukraynada İkinci Çeçenistan müharibəsindəkindən daha çox rus hərbçisi ölüb.

 

Rusiya Müdafiə Nazirliyi itkilərin sayının 5 937 nəfər olduğunu açıqlayıb.

 

Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə və Rusiya xüsusi xidmət orqanlarının keçmiş zabitinə istinadən itkilərin 90 min nəfəri keçdiyi bildirilirdi.

Mənbə

Share: