Ermənistanda uşaq ölümlərinin sayı artdı

Ermənistanda uşaq ölümlərinin sayı artdı

Ermənistanda son 9 ayda uşaq ölümləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin “Sağlam Körpə – Sağlam Gələcək” Platforması məlumat yayıb.

 

Bildirilib ki, bu ilin ilk üç rübündə 106 körpə doğuş və ondan sonrakı ilk bir həftə müddətində ölüb.

 

Ümumilikdə doğuş prosesindəki həkim  səhlənkarlığına görə, 9 fakt üzrə 16 tibb işçisinə cinayət işi açılıb.

Mənbə

Share: