“Rusiyada vətəndaş müharibəsinə hər şey hazırdır…”

“Rusiyada vətəndaş müharibəsinə hər şey hazırdır…”

“Rusiya cəmiyyəti parçalanıb və bir neçə qütblərdən ibarətdir…”

 

“Putin rusiyalıların hansısa böyükdövlətçilik şizofreniyasına mübtəla olan müti hissəsinə təsir edə bilər…”

 

“Rusiya cəmiyyətində qarşılıqlı nifrət dərəcəsi son dərəcə yüksəkdir, bu da vətəndaş müharibəsinin qaranquşu deməkdir…”

 

Rysiyada vətəndaş müharibəsi başlaya bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı müxalif siyasətçi, FTX-nın ehtiyatda olan polkovniki Gennadi Qudkov danışıb.

 

“Bu gün “rus adamları” anlayışı yoxdur. Mən həmişə deyirəm ki, indi cəmiyyət o qədər parçalanıb ki, bir neçə qütblərdən ibarətdir,  bu da böyük mənada praktiki olaraq hər şeyin vətəndaş müharibəsinə hazır olduğunu göstərir”, – Qudkov deyib.

 

O, hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibədə “tam” hərbi məğlubiyyəti prezident Vladimir Putinin və onun rejiminin iflasının başlanğıcı olacaq.

 

“Tam” deyəndə mən ən azı 23 fevraldakı sərhədləri nəzərdə tuturam”, – rusiyalı müxalifətçi izah edib.

 

Onun sözlərinə görə, Putin rusiyalıların “müti hissəsinə” təsir edə bilər.

 

“Putin onlara izah edəcək ki, hələ heç nəyə başlamamışıq, o, hələ də güclüdür, cəsarətlidir və s. Və onlar da bunu həzm edəcək. Tərəddüd edənlər və düşünənlər bundan sonra da tərəddüd etməkdə və düşünməkdə davam edəcək. Müharibə əleyhdarları, yəqin ki, sevinəcək ki, Ukraynada hərbi məğlubiyyət səbəbindən Putin rejiminin çökməsinə az qalıb”, – Qudkov qeyd edib.

 

Müxalifətçi vurğulayıb ki, “artıq rəhbərin və onun hakimiyyətinin hətta hansısa böyükdövlətçilik şizofreniyasına mübtəla olan bu müti təbəqələrində belə imicini dağıdan proseslər getməkdədir”.

 

“Orada hər şey çox ciddidir. Rusiya cəmiyyətində qarşılıqlı nifrət dərəcəsi son dərəcə yüksəkdir. Bu isə bir qayda olaraq vətəndaş müharibəsinin qaranquşu sayılır. Qütblərin mövcudluğu, onların arasında barışmaz ziddiyyətlər və ixtilafların olması yaxınlaşan vətəndaş müharibəsinin əlamətlərindən biridir. 

 

Allah eləsin olmasın. Allah eləsin mən öz proqnozlarımda və gümanlarımda yanılım. Fəqət, Rusiya cəmiyyəti parçalanıb. Rusiya cəmiyyəti mövcud deyil. Bunu anlamaq gərəkdir”, – Qudkov bəyan edib.

Mənbə

Share: