Xınalıqda maşın dərəyə aşıb – Ölən var

Quba rayonunun Xınalıq kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, oktyabrın 23-ü saat 18 radələrində Quba-Xınalıq yolunun 57-ci km-də, Xınalıq kənd ərazisindən keçən hissəsində avtomobil dərəyə aşıb.

 

Belə ki, 1974-cü il təvəllüdlü Hacıyev Şıxbaba Gülbala oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil dumanlı hava şəraitində torpaq yolda idarəetmədən çıxıb. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dərəyə aşıb. Nəticədə sürücü bədən xəsarətləri alıb, avtomobildə olan sərnişin – 1978-ci il təvəllüdlü Lalayev Rauf Bədəl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə

Share: