“İrəli sürülən təkliflərdən biri seçkilərdə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsində Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, burada söhbət 2 və ya 3 dəfə seçkilərdə iştirak etməyən partiyalardan gedir.
“Bəziləri ardıcıl olaraq 2 dəfə parlament, bələdiyyə seçkilərində iştirak etmədikdə siyasi partiyaların qeydiyyatının ləğv edilməsini irəli sürüb. Partiyalar iki mərhələdə qeydiyyata alınacaq. Digər məsələ siyasi partiyalara ayrılan dövlət vəsaiti ilə bağlı təkliflərdir. Amma siyasi partiyaların mülkiyyətində torpağın olmaması ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklifi də qanunda yer almayıb”, – deyə Zahid Oruc qeyd edib.