ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofisinin direktoru Mark Kameron Ermənistanda səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Mark Kameron Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün Ermənistanın Geqarkunik şəhərinə səfər edib.
“O, ABŞ-ın Ermənistanın suverenliyinə və Cənubi Qafqazda dayanıqlı sülhə davamlı dəstəyini vurğulayıb”, – səfirlik bildirib.