Dövlət Departamentinin nümayəndəsi Ermənistan-Azərbaycan sərhədində olub

ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofis direktoru Mark Kemeron Ermənistan-Azərbaycan sərhədində olub.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Mark Kemeron Ermənistan Silahlı Qüvvələrinin ikinci korpusunun komandiri ilə görüşlər keçirib, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub. Səfər zamanı o, Cənubi Qafqazda davamlı sülh məsələlərində ABŞ-ın dəstəyini xatırladıb.

 

Mənbə

Share: