İran istehsalı pilotsuz uçuş aparatlarının Ukraynada istifadə edilməsi sübuta yetirilərsə, Tehran buna biganə qalmayacaq.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
O qeyd edib ki, Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlığın davam edəcək
“Əgər İranın pilotsuz uçuş aparatlarının Ukraynada insanlara qarşı müharibədə istifadə edildiyi sübut olunarsa, biz buna biganə qalmamalıyıq”, – Abdullahian bildirib.
Akif İsmayılov