Sunak baş nazir kimi prioritetlərini açıqladı

Böyük Britaniyanın Baş naziri seçilən Rişi Sunak hakimiyyətə gəldikdən sonra həm rəhbəri olduğu Mühafizəkarlar Partiyasında, həm ölkədə birliyin yaradılmasına çalışacaq.

 

Modern.az xəbər verir ki, bu barədə o, Baş nazir kimi prioritetlərini açıqlayan zaman danışıb.

 

42 yaşlı siyasətçi deyib ki, Birləşmiş Krallıq böyük ölkədir və iqtisadiyyatənda dərin problemlər var.

 

“Bizə sabitlik və birlik lazımdır, mən partiyada və ölkədə birlik yaradılmasını özüm üçün prioritet kimi qoyacağam. Çünki bu, firavan gələcək yarada biləcəyimiz yeganə yoldur”, – Sunak bildirib. 

 

Yeni Baş nazir dürüstlük və təvazökarlıqla xidmət edəcəyini qeyd edib.

Mənbə

Share: