Zakir Həsənov Türkiyədə sərginin açılışında

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo” Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

General-polkovnik Z.Həsənov sərgidə “Roketsan”, “TUSAŞ”, “HAVELSAN”, “BAYKAR”, “TUALCOM” və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.


Qeyd edək ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.

Mənbə

Share: