Rusiya Ukraynadakı hərbi kampaniya ilə bağlı qərarların qəbulunu sürətləndirməlidir.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, Rusiyada sanksiyalara qarşı mübarizə və müharibənin ehtiyacları kontekstində inzibati prosedurları yeniləmək və təkmilləşdirmək lazımdır.
Hökumətin koordinasiya şurasının ilk iclasında çıxış edən Putin hökumət strukturları və regionların koordinasiyasının artırılmasının zəruri olduğunu vurğulayıb.
Akif İsmayılov