Almaniya Ukraynaya 9 milyon avroya səhra xəstəxanası verəcək

Almaniya hökuməti “Zeppelin Mobile Systeme GmbH” şirkəti tərəfindən Ukrayna ərazisində təşkil ediləcək səhra xəstəxanasının tikintisinə dəstək verəcək.

 

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

 

Ukrayna Müdafiə Nazirliyi bu xəstəxananı payızın əvvəlində sifariş edib. Onun dəyəri 9 milyon avro civarında qiymətləndirilir.

 

“Almaniya hökumətinin dəstəyi ilə şirkət Ukrayna Silahlı Qüvvələrini müasir tipli sahə xəstəxanası ilə təmin edəcək”, – məlumatda deyilir.

 

Tikinti işlərinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.

Mənbə

Share: