İranda 50 ildən çoxdur çimməyən “Hacı dayı” ləqəbli qoca kişi vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə İranın rəsmi “İrna” agentliyi məlumat yayıb.
Bildirilir ki, xəstələnmək qorxusu ilə yuyunmaqdan imtina edən iranlı 94 yaşında dünyasını dəyişib.
Fars əyalətinin Farsbənd rayonunun Dəcgah kəndində yaşayan qoca bir neçə il əvvəl kənd gəncləri tərəfindən hamama aparılsa da, o, maşından düşüb qaıb.
Xəstələnməkdən qorxduğu üçün çimməkdən qaçan qocaya illər sonra kənd sakinlərinin səyi ilə hamamdan istifadə edib, lakin bundan bir neçə ay sonra xəstələnərək dünyasını dəyişib.
Akif İsmayılov