Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı səhər saatlarından etibarən BŞİH-in xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əmıkdaşları dərhal əraziyə gəlib.
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə hazırda ərazidə təmizlik işləri aparılır.
Hadisə baş vermiş ərazidə asfalt və səkilər əməkdaşlar tərəfindən yuyulub təmizlənir, işlər hələ də davam edir.