Azad edilmiş ərazilərdə minə yaxın meyit TAPILIB

“Yeni azad edilmiş ərazilərdə minə yaxın həlak olmuş qəhrəmanların və dinc əhalinin cəsədi çıxarılıb. İzyumdakı kütləvi məzarlıqda 450-yə ayxın cəsəd tapılıb”.

 

Modern.az UNİAN-a sitinadən xəbər verir ki, bu barədə Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti “Telegram”da məlumat yayıb.

 

Qeyd olunub ki, işğalçıların vəhşiliklərinin sarsıdıcı faktları üzə çıxır: ölənlər arasında təkcə hərbi qulluqçular deyil, mülki şəxslər – böyüklər və uşaqlar da var.

 

“Lakin dəqiq məlumat yalnız ekspertizadan sonra məlum olacaq”, – nazirlikdən bildiriblər.

 

İdarədən əlavə edilib ki, işlər hüquq-mühafizə orqanları, pirotexniklər və rayon hərbi idarələrinin nəzdində yaradılmış əməliyyat-axtarış qrupları ilə birgə aparılır.

Mənbə

Share: