Yeni yoluxma dalğası gözlənilir

Avropa Dərman Vasitələri Agentliyi (EMA) Avropanı yeni koronavirus dalğasının bürüyəcəyini gözləyir.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün EMA nümayəndəsi brifinq zamanı deyib.

 

O qeyd edib ki, Aİ-də koronavirusa yoluxma halları və ölümlər artmaqda davam edir.

 

“Bu isə onu ifadə edir ki, pandemiya hələ də başa çatmayıb. Yaxın həftələrdə “omikron” ştammının alt variantlarının səbəb olduğu yeni yoluxma dalğası gözlənilir”, – deyə EMA nümayəndəsi bildirib.

 

O, insanları vaksinasiya və ya təkrar vaksinasiyadan keçməyə çağırıb.

Mənbə

Share: