“Çin zəif Rusiyanı hissə-hissə bölmək üçün Tayvandan imtina edəcək…”

“Rusiyanın nəhəng Asiya hissəsi praktiki olaraq boşdur və ilhaqa hazırdır…”

 

“Rusiyanın Çinin hərbi təcavüzünü dayandırmağa resursları azdır…”

 

“Rusiyanın geniş şərq əraziləri demoqrafik və iqtisadi çətinliklər keçirən Çin üçün “yağlı tikədir…”

 

“Rusiyanın şərq hissələrini geri qaytarmaq çətin olmayacaq, çünki orada çoxlu sayda etnik çinlilər var, rus əhalisi isə Rusiyanın inkişaf etmiş qərbinə meyllənir…”

 

“Bir neçə ildən sonra Rusiya daha da zəifləyib izqoy dövlətə çevriləvək və Çin bir saatın içində bütün Sibirə hüququ olduğunu bəyan edə bilər…”

 

Rusiyanın Ukrayna ilə müharibə səbəbindən zəifləməsindən istifadə edərək, Çin Rusiya Federasiyasının şərq ərazilərini zəbt etməyə cəhd göstərə bilər.

 

Moderator.az xəbər verir ki, “Forbes” jurnalının analitikləri Çin Kommunist Partiyasının XX qurultayından sonra vəziyyəti müzakirə edərək bu nəticəyə gəlib.

 

“Rusiyanın hərbi nüfuzu sarsıldığından Rusiya ordusu İrandan və keçmiş sovet respublikalarından döyüş sursatı xahiş etməyə məcburdur. 

 

Rusiyanın Çinin hərbi təcavüzünü dayandırmağa resursları azdır. Rusiya çıxılmaz durumda Çinin 50 il öncə Rusiyanın sərhəd qoşunlarından ələ keçirdiyi T-62 tanklarını üzə çıxarır. Bütün bunlarım fonunda Çin üçün getdikcə rusiyalı hərbçilərə nifrətini saxlamaq daha çətindir”, – “Forbes” yazır.

 

Analitiklər xatırladır ki, “Rusiyanın Ukraynada fiaskosu” ərəfəsində Çin və Rusiya “sərhədsiz dostluq” haqqında müqavilə imzalayıb. 

 

“Lakin hər iki ölkə bilir ki, dostluq haqqında müqavilələr çox kövrək bir nəsnədir. Axı, Çin və Sovet İttifaqı özlərinin sonuncu dostluq haqqında müqaviləsinin imzalanmasından keçən 20 ildən də az müddətdən sonra sərhəddə bir neçə toqquşma baş verib. 

 

Ekspansiyaya köklənən Çin vətənpərvərləri Çinin getdikcə Rusiyanın zəifliyinə artan və çətinliklə gizlədilən nifrəti ilə birgə bir neçə an ərzində dostluq haqqında mövcud müqaviləni dağıda bilər”, – bunu siyasi ekspertlər qeyd edir və əlavə edir ki, Rusiya Federasiyasının geniş şərq əraziləri demoqrafik və iqtisadi çətinliklər keçirən Çin üçün “yağlı tikədir”.

 

“Çin asanlıqla 1860-cı il sazişini ləğv edə bilər, bu sazişə görə, Vladivostok, habelə təxminən 23 min kv mil (təxminən 37 min kv km) Çin ərazisi Rusiya Federasiyasına mənsubdur.

 

Rusiyanın Sakit okeana hərbi və ticarət qapısı olan Vladivostok indiyədək Çinin Xayşenvay şəhərinin köhnə adı ilə adlandırılır”, –  “Forbes” qeyd edir və əlavə edir ki, əgər Çin Qütb dairəsindən şimala doğru əraziləri əldə edərsə, bu, ÇXR rəsmən Qütb dövlətinə olmasa da,

Arktika dövləti statusuna iddia edə bilər ki, bu da ölkənin ambisiyalarına tamamilə uyğundur.

 

“Forbes” analitiklərinin fikrincə, Rusiyanın şərq hissələrini geri qaytarmaq Çin üçün çətinlik törətməyəcək, çünki orada çoxlu sayda etnik çinlilər var, rus əhalisi isə Rusiyanın qərbindəki daha inkişaf etmiş şəhərlərinə köçməyə üstünlük verir.

 

“Uzaq Şərq Rusiyanın Moskva elitası tərəfindən görməzdən gəlinən iqtisadi staqnasiyaya qərq olan zaman  Rusiyanın Çin mənşəli vətəndaşlarında öz milli mənsubiyyətinə yenidən baxmaq həvəsi yarana bilər.

 

Həm də hazırda ukraynalıların regiona zorən köçürülməsi Rusiyanın Asiya hissəsinin sosial bircinsliyini pisləşdirir. Rusiyanın nəhəng Asiya hissəsi praktiki olaraq boşdur və ilhaqa hazırdır. 

 

Orada qalan Rusiya vətəndaşları qərbə, Rusiyanın inkişaf edən Avropa hissəsinə yönəlir. Bir neçə ildən sonra Rusiyanın şərq ərazilərində etnik ruslar, sadəcə, qalmayacaq”, – ekspertlər əmin edir.

 

Üstəlik, nəhəng ərazilərlə yanaşı, Asiya Rusiyası resurslarla zəngindir, bu da Çinin iqtisadi artımını onilliklər bundan sonra da təmin etməyə qadirdir.

 

“İqlim dəyişikliyi ilə Asiya Rusiyasının şərq torpaqları çiçəklənib Çini də yaşada bilər”, – jurnal yazır.

 

Analitiklər proqnozlaşdırıb ki, bir neçə ildən sonra Rusiya daha da zəifləyib izqoy dövlətə çevriləcək və Çin bir saatın içində bütün Sibirə hüququ olduğunu bəyan edə bilər. Buna cavab olaraq Rusiyada “heç kim xüsusi səs-küy qaldırmayacaq”.

 

“Bu gün ali lider Sinin Rusiyaya ərazi iddiaları irəli sürməyə kifayət qədəd gücü var. Digər tərəfdən, Çinə Ukraynadakı kimi qlobal münaqişə katalizatoru ola biləcək müharibə lazım deyil. Ölməkdə olan Rusiyanı hissə-hissə bolmək Tayvana hərbi hücumdan daha sərfəli perspektivdir.

Rusya heç vaxt bugünkü kimi zəif olmayacaq, tayvanlılarla münasibət isə zamanla yaxşı istiqamətə dəyişə bilər”, – “Forbes” yazır.

Mənbə

Share: