“Əmininin ölümündən 40 gün ötür: İranda etirazlar davam edir”

“Hakimiyyət bütün mümkün üsullarla etirazları yatırtmağa cəhd edir…”

 

“Etirazçılar “Qadın, həyat, azadlıq!” və “Diktatora ölüm!” süarları altında keçir və getikcə daha kütləvi hal alır…”

 

“Məhsə Əmininin acı aqibətini İranda hər bir qadın yaşaya bilər…”

 

“İran rejimi uzun müddətdir ki, redaksiyanın həmkarlarını və onların ailə üzvlərini təhdid edir, bu, qəbuledilməzdir…”

 

“Etirazlar zamanı saxlanılan dörd nəfər ən ağır cəzaya məhkum oluna bilər…”

 

İranda bir aydan artıqdır ki, etirazlar davam edir. Hakimiyyət bütün mümkün üsullarla, o cümlədən interneti bloklamaqla və etirazçıları saxlamaqla onları yatırtmağa cəhd edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Deutsche Welle” nəşri yazıb.

 

İranda 22 yaşlı kürd qızı Məhsə Əmininin həlak olması səbəbindən etirazlar səngimir. O, əxlaq polisi tərəfindən, guya, hicabı düzgün gəzdirmədiyinə görə sentyabrın 13-də saxlanılıb və bir neçə gündən sonra xəstəxanada vəfat edib. 

 

Doğmalarının versiyasıma görə, qızın ölümünə səbəb saxlanılan zaman döyülməsidir.

 

İranda ilk etirazlar sentyabrın 16-da Məhsənin doğma şəhəri Sekkezedə dəfn mərasimi zamanı və İran Kürdüstanının inzibati mərkəzində, Senendce şəhərində baş qaldırıb, daha sonra praktiki olaraq bütün ölkə boyu yayılıb.

 

Məhsə Əminənin məzarı yanında etirazlar

 

Oktyabrın 26-da Məhsə Əmininin ölümündən 40 gün keçib, İranın bir çox şəhərlərində həmçinin etiraz aksiyaları keçirilib. Bu aksiyalarda həkimlər də iştirak edib, onlar yaralı nümayışçilərin gətirildiyi xəstəxanalarda güc strukturları və xüsusi xidmət orqanlarının əməkdaşlarının olmasına qarşı çıxış edir.

 

Həmin gün ən kütləvi aksiyalardan biri Məhsə Əmininin doğma şəhərində məzarı yanında baş tutub. 40 günlük mərasimə toplaşanlar “Qadın, həyat, azadlıq!” və “Diktatora ölüm!” şüarları səsləndirib.

 

 

İran fəallarının məlumatına görə, xüsusi xidmət orqanları öncədən həlak olan qızın ailəsini məzarının yanında etiraz aksiyasının keçiriləcəyi təqdirdə təhdid edib. Bunun qarşısını almaq üçün polis şəhərə girişi bağlamağa cəhd edib. Buna baxmayaraq, etirazlarda iştirak etmək üçün təxminən 10 min adam şəhərə gəlib. 

 

Həmin gün məktəblər, guya, qrip dalğasından bağlanıb. Etirazçıların dağıdılması üçün İran polisi əvvəlcə gözyaşardıcı qaz tətbiq edib, daha sonra kütləyə atəş açıb.

 

Getdikcə daha çox iranlı etirazlarda iştirak edir

 

Artıq altı hədtədir ki, İranda etirazlar səngimir, iştirakçıların sayı getdikcə artır. Bir çox qadınlar etirazçılara qoşulur.

 

“Biz hiddət içindəyik. Mən inanmıram ki, bu hiddət tez keçib gedəcək”, – bunu Tehrandan olan 29 yaşlı Azadə deyir. Onun sözlərinə görə, Məhsə Əminənin aqibəti ilə İranda hər bir qadın üzləşə bilər. “Biz əxlaq polisinin bizə necə qəddar münasibət göstərdiyini bilirik, amma buna baxmayaraq, mən daha hicab gəzdirməyəcəyəm. Mən bunu Tehranda bir çox gənc qızların etdiyi kimi əvvəllər də edirdim. Amma indi hər şey başqa cürdür. İndi bu, həmrəylik əlamətidir”, – Azadə deyir.

 

 

O, deyir ki, etirazlar fonunda getdikcə daha çox İran qadınları cəsarət nümayiş etdirərək, küçələrə ənənəvi müsəlman baş örtüyü olmadan çıxır. İnternetdə öz hicabsız foto və videolarını yerləşdirən bir çox qadınlar daha sifətini gizlətmir, hərçənd, hər an onların saxlanıla biləcəyini bilirlər.

 

Belə bir hal sənədli filmlər rejissoru Moyjan İlanlu ilə baş verib. Oktyabrın 17-də öz evində olarkən xüsusi xidmət orqanları onu saxlayıb. O, həmrəylik əlaməti olaraq başqa iranlılarla birgə hicabsız etirazlarda iştirak edib və fotolarını sosial şəbələlərdə yerləşdirib. 

 

Tehrandan olan 22 yaşlı tələbə Şərif Universitetində kürsüyə müsəlman baş örtüyü olmadan çıxıb. Bu zaman mühafizəkar rektor zalda ilk sırada əyləşib. Hələlik, tələbəyə cəza verilməyib. 

 

Oktyabrın əvvəlində xüsusi xidmət orqanları daima etiraz aksiyası keçirilən universiteti mühasirəyə alıb, tələbələri döyüb və bir neçə müəllimi saxlayıb.

 

İnternetin bloklanması və “Deutsche Welle”yə qarşı sanksiyalar

 

İran hakimiyyəti etirazları istənilən üsullarla, o cümlədən internetin bloklanması və KİV-lərin söz azadlığının məhdudlaşdırılması ilə yatırtmağa cəhd edir. Etirazlar başlanandan İranda internetin sürəti o dərəcədə azaldılıb ki, İran sakinlərinin istifadə etdiyi VPN  belə işləmir. Bundan başqa, İran Qərbin sanksiyalarına cavab olaraq Avropanın bir sıra siyasətçi və təşkilatlara qarşı, o cümlədən DW mediaşirkətinə qarşı, fars dilində yayımlanan redaksiya da cərimələr tətbiq edilib.

 

“Deutsche Welle”nin baş direktoru Peter Limburq Tehranda hakimiyyəti jurnalistləri qorxutmaqda ittiham edib. “İran rejimi artıq uzun müddətdir ki, bizim həmkarları və onların ailə üzvlərini təhdid edir. Bu, qəbuledilməzdir”, – o, bəyan edib. Limburqun sözlərinə görə, İran hakimiyyəti “həm ölkə daxilində, həm də onun hüdüdlarından kənarda terrorçuluğu dəstəkləyir”. O, əmin olduğunu bildirib ki, Almaniya və Avropa Tehrana təzyiqi artıracaq və sanksiyaların “Deutsche Welle”nin iranlılara dürüst informasiyanın çatdırılmasına mane olmayacağını vəd edib. 

 

 

İranın bir çox sakinləri ötən şənbə Berlində keçirilən və 80 min nəfəri toplayan etiraz aksiyasından ruhlanıb. İranlılar xaricdə yaşayan həmyerlilərinə dəstək üçün minnətdarlıq edir. “Dünya boyunca sürgündə  yaşayan çoxsaylı həmyerlilərimiz bizim azadlıq arzularımızın gerçəkləşməsi üçün mübarizə aparır”, – bunu İrandan olan 47 yaşlı Rza deyir.

 

Etirazçıların saxlanılması

 

“Xüsusi xidmət orqanları əməkdaşları mülki formada, bu zaman silahla hər yerdə mövcuddur, – bunu DW-yə Tehrandan olan gənc qadın danışıb. – Onlar ağına-bozuna baxmayaraq insanlara atəş açır. Mən aksiya iştirakçılarına qoşulmağa qorxuram. Amma buna baxmayaraq, hamımız axşamlar pəncərələri açır və etirazçılarla həmrəylik əlaməti olaraq bir növ inqilabi himnimizi ifa edirik. Onun sözləri küçələrə çıxan nümayişçilərin şüarları olan tvitlərdir”.

 

“İranda əsaslı dəyişikliklərin bədəli çox yüksək olacaq, – Qəzvindən olan 52 yaşlı Əlirza deyir. – Lakin mən yaşlı nəslin çoxunun buna hazır olmamasından çox narahatam. Mənin kimi bir dəfə həbsdə olan və ya saxlanılan bir çoxları da etirazlara çıxmır”.

 

 

Okyabrın 25-də Tehranın baş prokuroru Əli Salehi məlumat verib ki, İranda davam edən etirazlar zamanı saxlanılan dörd nəfər ən ağır cəzaya məhkum oluna bilər. Onlara qarşı “Allaha qarşı müharibə” ittihamı irəli sürülüb, İran qanunvericiliyinə görə bu, ən ağır cinayət hesab edilir və ölüm cəzası ilə cəzalandırılır.

 

Ümumilikdə, İran paytaxtında 315 nəfər “ölkənin təhlükəsizliynin sarsıdılması məqsədilə toplanış və qəsd”, “hökumətə qarşı təbliğat fəaliyyəti”, “ictimai asayişin və sakitliyin pozulması” kimi ittihamlar irəli sürülüb”, – Salehi deyib. İran Human Rights (IHR) hüquq müdafiə təşkilatının məlumatına görə, İranın müxtəlif şəhərlərində etirazlar zamanı 240 nəfər həlak olub.

Mənbə

Share: