“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İngiltərə klubuna qayıtmasını fəlakət adlandırıb.
Bu barədə “The Sun” nəşri jurnalist Conatan Kleqin gələn ay çıxacaq kitabına istinadən xəbər verib.
Belə ki, 37 yaşlı portuqaliyalı klubun sabiq baş məşqçisi Ralf Ranqnikin rəhbərliyi altında “Mançester Yunayted”in düşərgəsində keçdiyi dövrü mənfi qiymətləndirib.
Ronaldo 2009-cu ildə Real Madridə getdikdən sonra klubun dəyişməməsindən əsəbiləşib.
Hücumçu həm də komanda yoldaşlarından bir neçəsinin eyni hazırlıq səviyyəsini saxlamasından qəzəblənib. Bundan başqa, Ronaldo “qırmızı şeytanlar”ın məşq obyektlərinə sərmayə qoyulmamasından narazıdır.