Livan Prezidenti Mişel Aun hökuməti istefaya göndərib.
Modern.az xəbər verir ki, prezident mayın 15-də keçirilən parlament seçkilərindən sonra müvəqqəti fəaliyyət göstərən hökuməti istefaya göndərdiyini bəyan edib.
Dövlət başçısı yeni kabinetin yaradılması haqqında fərmanı Baş nazir Nəcib Mikati ilə fikir ayrılığına görə imzalamayıb.