İranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib.
Millətin Səsi.az xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib.
Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq.
Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.