Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, hazırda 302 aktiv xəstə var. Bu günə qədər 9 948 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 956, bu günə qədər isə ümumilikdə 7 323 276 test icra olunub.