Serjik Sərkisyan Türkiyə deputatının “Paşinyana kömək edək” təklifini belə rədd etdi…-FOTO

Ümumerməni sammitində iştirak etmək üçün Ermənistana gələn Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan respublikanın həm keçmiş, həm də indiki rəhbərliyi ilə görüşə bilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Aravot.am saytı yazır. 

 

Sayt Karo Paylanın Ermənistanın terrorçu ek-prezidenti Serjik Sərkisyanla görüşünün bəzi təfərrüatlarını öyrənib.

 

Paylan sözarası “Nikol Paşinyana kömək edək” variantı üzərində dayanaraq milli birlik tezisini irəli sürməyə çalışıb.  Ancaq Serjik Sarkisyan Türkiyə deputatına kəskin etirazını bildirərək deyib: “Nədə kömək edək? Xəyanətindəmi?” 

 

Erməni nəşrinin yazdığına görə, Serj Sərkisyan onu da əlavə edib ki,  nə qədər Nikol Paşinyan Ermənistanın baş naziridir “Ermənistan və Qarabağın işləri daha da pisləşəcək”…

 

1988-ci ildən bəri Qarabağda erməni münaqişəsinin başlanması və qızışdırılaraq müharibə fazasına keçilməsində Kremlin ən əsas fiqurlarından olmuş cani eks-prezidentin sözlərinə görə, “bu halda iki erməni dövlətinin heç bir perspektivi olmayacaq. Yəni, bu vəziyyətə səbəb olan şəxsin ətrafında toplaşmaqdan söhbət gedə bilməz”… 

 

Türkiyə parlamentinin deputatının təşəbbüsü ilə Serj Sarkisyanla Karo Paylan arasında söhbətin əsas hissəsi “sülh müqaviləsi”nə həsr olunub. Serj Sarkisyan yanaşmalarını açıqlayıb və bildirib ki, dünya tarixində sülh istəyənlərlə sülh bağlanması halı olmayıb. “Bu halda kapitulyasiya imzalanır. Sülhü güclülərlə bağlayırlar. Ona görə də slühlə  bağlı bu tezislər yalandır və heç bir real siyasi və geosiyasi əsası yoxdur” -deyə Xocalı qatili vurğulayıb.

 

P.S. Əlbəttə, Serjik Sərkisyan kimilər Rusiya imperiyasının mövqeyindən çıxış edərək Qərbin, Türkiyənin xətti ilə sülh bağlanmasına imkan verməməyə çalışacaq…

 

Sultan Laçın

 

Mənbə

Share: