İtaliyanın yeni baş naziri Giorgia Meloni vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfərini Belçika Krallığının paytaxtı Brüsselə edəcək.
Modern.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
Bildirilib ki, Meloni Brüssel səfəri çərçivəsində noyabrın 3-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşəcək.