“Azərişıq” ASC əməkdaşlarının olduğu avtomobil Füzuli rayonu ərazisində yüngül qəza keçirib.
Bu barədə Modern.az-a “Azərişıq” ASC-nin mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə məlumat verib.
“Yüngül qəza olub, əməkdaşların vəziyyəti yaxşıdır, heç bir problem yoxdur. Onlar daha sonra yola davam ediblər”, – qurum rəsmisi bildirib.
Qeyd edək ki, qəzaya düşən şəxslərin “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov və Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov olduğu bildirilir.
Elmar Hüseynov