Ermənistanın ikinci prezidenti Robert Köçəryan müxalifətin “Müqavimət” hərəkatının mitinqində iştirak edəcək.
Modern.az xəbər verir ki, məlumatı Sputnik Ermənistan-a eks-dövlət başçısının ofisinin koordinatoru Baqrat Mikoyan təsdiqləyib.
Eyni zamanda o əlavə edib ki, Köçəryanın mitinq zamanı çıxışı planlaşdırılmayıb.
Parlamentin “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan bir müddət əvvəl bildirmişdi ki, noyabrın 5-də müxalifət Dağlıq Qarabağın suverenliyi və Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçün birlik mitinqi keçirəcək. Saqatelyan qeyd edib ki, noyabrın 5-dən sonra mübarizə davam etdiriləcək və mitinqdə növbəti aksiyalar elan olunacaq.