Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Amnistiya haqqında” Qanun imzalayıb.
Modern.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, qanunla “2022-ci il yanvarın 4-dən 7-dək olan müddətdə kütləvi iğtişaşlar şəraitində təxribatçıların təsiri altına düşərək cinayət əməlləri törətmiş” vətəndaşlar cəzadan azad olunacaqlar.
Amnistiyanın 1500-ə yaxın vətəndaşı əhatə edəcəyi gözlənilir.