İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı

İsraildə 25-ci çağırış Knessetdə səsvermə başa çatıb. Parlament seçkisinin ilkin nəticələri açıqlanıb.

 

Səslərin hesablanması davam edir.

 

Mərkəzi Seçki Komissiyası noyabrın 3-də saat 07:58-ə qədər 4 390 375 səsin hesablanmasını açıqlayıb, bütün səslərin 91%-i hesablanıb.

 

İlkin nəticələrə görə, “Likud” – 23,41% səs, “Yeş Atid” – 17,86%, “Sionut Datit” – 10,44%, “Mahane Mamlahti” – 8,95%, ŞAS – 8,35%, “Yadut HaTorah” – 6,06%, NDI – 4,39%, RAAM – 4,27%, HADASH-TAAL – 3,93%, “Avoda” – 3,56% səs toplayıb.

 

“Meretz” – 3,16%, “Balad” – 3,01% səslə seçki baryerini (3,25%) keçə bilməyib, lakin buna yaxın olublar.

 

“Beyt Yequdi” partiyası isə seçki baryerinə yaxınlaşa bilməyib (1,17%).

 

Solçu/ərəb partiyalarından hər hansı biri seçki baryerini aşa bilmədiyi halda, sağçı-dini koalisiya öz koalisiyasını yaratmaq üzrə açıq üstünlük qazanır. Bütün solçu/ərəb partiyaları seçki  baryerini aşarsa, koalisiyanın yaradılması xeyli mürəkkəbləşə bilər.

 

Parlament seçkisində səsvermə hüququna malik olan bütün vətəndaşların 71,3%-i iştirak edib. Bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.

 

Mənbə: Newsru.co.il

 

Mənbə

Share: