İranda etirazçılar SEPAH zabitini öldürüb

İranda etirazçılar SEPAH zabitini öldürüb

İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb, beş polis yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

 

Məlumata görə, etirazçılar Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarlarını səsləndiriblər.

 

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə etirazları nəzarətdə saxlamaq üçün qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.

Mənbə

Share: