İsraildə gələn il avtomatlaşdırılmış taksilərin sınaqları keçiriləcək.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, “Intel” şirkətinin baş direktoru Bob Svon Qüds şəhərində özü hərəkət edən avtomobili sınaqdan keçirib.
Həmin taksilər üçün proqram təminatının bu ilin sonunadək hazırlanacağı bildirilir.
Qeyd edək ki, “Intel” şirkəti ötən ilin oktyabrında avtomatlaşdırılmış taksilərin kommersiyalaşdırılması layihəsi üzərində işlədiyini elan etmişdi. Bu layihədə, həmçinin “Volkswagen” və “Champion Motor Group” şirkətləri də iştirak edir.