Türkiyədən BMT-nin Qaşıqçı hesabatına reaksiya

BMT-nin Qaşıqçı cinayətinin işıqlandırılması, məsuliyyət daşıyanların hesab verməsi istiqamətində tövsiyələrini dəstəkləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bu gün açıqladığı 101 səhifəlik hesabatda BMT-nin baş katibi adından jurnalist Camal Qaşıqçı cinayətinin işıqlandırılması üçün tamamlayıcı kriminal istintaq başladılması tələb edilib.

 

Share: