53 nəfərin olduğu təyyarə gölə düşdü

Tanzaniyada sərnişin təyyarəsi hava şəraitinin pisləşməsi səbəbindən Viktoriya gölünə düşdüb.

 

Modern.az xəbər verir ki, “Precision Air” şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü məlum olub.

 

Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi deyilir.

 

Bölgənin polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlər barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

 

Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.

 

 

Mənbə

Share: