Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda təhqiqat aparılır.