Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Modern.az-ın məlumatına görə, günün ilk matçında “Səbail” “Sabah”ı qəbul edib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 36-cı dəqiqədə Ceyhun Nuriyev, 47-ci dəqiqədə Aleksey Kaşuk vurub.
“Sabah” qələbə sayəsində xallarının sayını 34-ə çatdırıb və hələlik liderliyə yüksəlib. “Dənizçilər” 10 xalla 7-ci sıradadır.
Qeyd edək ki, günün və turun sonuncu görüşündə “Qarabağ” “Kəpəz”lə üz-üzə gələcək. Turun əvvəlki oyunlarında “Şamaxı” səfərdə “Turan Tovuz”a 3:1, “Qəbələ” evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib, “Sumqayıt” – “Neftçi” matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.