Rusiya təyyarələri Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri yaxınlığındakı düşərgələri bombalayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.
Zərbələr nəticəsində 9 nəfərin öldüyü bildirilir.
Şahidlərin sözlərinə görə, hücum Suriya ordusun məxsus artilleriyasının köməyi ilə həyata keçirilib.
Rusiya və ya Suriya ordus tərəfindən heç bir açıqlama verilməyib.
Müxalifət rəsmiləri bildirib ki, 70-dən çox adam yaralanıb və səhra xəstəxanalarına çatdırılıb.
Akif İsmayılov