“Qarabağ bir daha əsarət altına düşməyəcək”

“Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər – red) kölgə salmağa çalışırlar”.

 

Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

 

O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb:

 

“Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda – hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək”.

 

Mənbə

Share: