Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar aparması üçün qoyduğu şərtlər fantastikdir.
Modern.az “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib.
Ukrayna lideri danışıqların şərtlərini Qərb mediasının “Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi” xəbərindən sonra açıqlayıb.
“Zelenskinin şərtləri demaqogiyadır və qeyri-müəyyən ifadələrlə zəngindir”, – rusiyalı deputat vurğulayıb
Onun sözlərinə görə, ABŞ Ukrayna rəhbərliyinə göstərişlər verməkdə davam edir, lakin eyni zamanda, Zelenskinin elan etdiyi şərtlər real deyil.
“Nə olursa olsun, Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə təsir etmək və Moskva ilə körpüləri yandırmamaq üçün Rusiya və Ukrayna arasında rabitə kanallarının saxlanmasının vacibliyini anlayır, çünki ABŞ Rusiya iləbirbaşa qarşıdurmaya girmək təhlükəsini anlayır”,
Noyabrın 8-də Vladimir Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb.
“Bir daha: ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün itkilərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət”, – deyə Ukrayna dövlətinin başçısı qeyd edib.