ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə AÇIQLAMA 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bazar ertəsi Vaşinqtonda keçirilən görüşü rəsmi Bakı və İrəvanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə nail olmaq istəyini göstərir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

 

Qeyd edilir ki, ABŞ dövlət katibi Entoni Blinken “davamlı sülh sazişinə doğru irəliləyişi təşviq etmək üçün” bu görüşü təşkil edib.

 

“Görüş Azərbaycan və Ermənistanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə olmaq istəyini göstərir. ABŞ Cənubi Qafqazda sülhü dəstəkləməyə sadiq qalır”, – Dövlət Departamenti qeyd edib.

Mənbə

Share: