Ölkəmizin mövqeyi Cənubi Qafqazda əminamanlığa xidmət edir

İkinci Qarabağ müharibəsində müzəffər Ordumuzun qazandığı qələbə Azərbaycanda yaşayan bütün xalqların birliyinin, həmrəyliyinin, dostluq və qardaşlığının təntənəsidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışını şərh edən millət vəkili Azər Kərimli deyib. 

 

Millət vəkili qeyd edib ki, Azərbaycanda yaşayan xalqları bir-birinə qarşılıqlı etimad, sevgi, dostluq və qardaşlıq münasibəti, Vətənə olan sonsuz və təmənnasız sevgi bağlayır: “Cənab Prezidentin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedir, misli görünməmiş həmrəylik, rəşadət, qətiyyət nümayiş etdirirdilər. Bu bizim tarixi nailiyyətimiz, uğurumuzdur. Biz birlikdə güclüyük və İkinci Qarabağ müharibəsi də Ali Baş Komandanın dillər əzbəri olan bu şüarının tarixi əhəmiyyətini bir daha sübuta yetirdi”. 

 

Azər Kərimli bildirib ki, ölkəmizdə mövcud olan daxili sabitlik, milli birlik, xalq-iqtidar birliyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan vətəndaşlarının öz liderlərinə, müzəffər Ali Baş Komandana olan sonsuz inamının, etimadının nəticəsidir: “Ermənistan da, bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmağa cəhd göstərən dairələr də unutmamalıdırlar ki, Azərbaycan dövləti həm də torpağının hər qarşısına görə canını fəda etməyə hazır olan vətəndaşı ilə güclüdür, məğrurdur, məğlubedilməzdir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə qalib gəlməsinə, bütün istiqamətlərdə üstün mövqeyə sahibləndiyinə baxmayaraq, ədalətli sülhün tərəfdarıdır: “Azərbaycanın şərtləri beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənir. Çünki ədalətli olmayan sülh heç vaxt davamlı ola bilməz. Bu baxımdan, ölkəmizin mövqeyi Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə, əminamanlığa, təhlükəsizliyə, rifaha xidmət edir”.

Mənbə

Share: