Rusiyadan Moldovaya cavab tədbiri: Diplomat ölkədən qovuldu 

Rusiya Moldovanın ölkədəki səfirliyinin əməkdaşını “persona-non-qrata” elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Moldovanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Dariy Xarici İşlər Nazirliyinə çağırılıb və müvafiq nota təqdim edilib.

 

Qeyd olunub ki, bu tədbir bu il noyabrın 1-də Moldova tərəfinin Rusiya səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı qərarına cavab olaraq görülüb.

Mənbə

Share: