Latviyanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb Latviyadakı sovet abidələrinin demontaj edilməsi olub.
Məlumata görə, Rusiya tərəfinin bununla bağlı narahatlığı Latviya səfirinin diqqətinə çatdırılıb.
“Bildirilib ki, rəsmi Moskva cavab addımı atmaq haqqını özündə saxlayır. O cümlədən asimmetrik cavab addımı”, – deyə qeyd olunub.