Almaniya millisinin 2022-ci il dünya çempionatı üçün heyəti açıqlanıb.
Turnir noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Hansi Flikin final heyətinə 26 futbolçu daxil edilib.
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”), Kevin Trapp (“Ayntraxt Frankfurt”), müdafiəçilər: Armel Bella-Koçap (“Sauthempton”), Mattias Ginter, Kristian Günter (hər ikisi “Frayburq”), Tilo Kerer (“Vest Hem”), Lukas Klostermann, David Raum (hər ikisi “RB Leypziq”), Antonio Rüdiger (“Real Madrid”), Niko Şlotterbek, Niklas Züle (hər ikisi “Dortmund Borussiya”) heyətə daxil edilənlər sırasındadırlar.
Həmçinin yarımmüdafiəçilər: Yulian Brandt (“Borussiya” Dortmund), Leon Qoretska, Yozua Kimmix, Tomas Müller, Camal Musiala, Leroy Sane (hamısı “Bavariya”), Mario Götze (“Ayntraxt” Frankfurt), İlkay Gündoğan (“Mançester Siti”), Kay Haverts (“Çelsi”), Yonas Hofmann (“Borussiya” Münhenqladbax), hücumçular Niklas Fyullkruq (“Verder”), Serj Qnabri (“Bavariya”), Kərim Adeyemi, Yussufa Mukoko (hər ikisi “Borussiya” Dortmund”) da final heyətində oynayacaqlar.
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys və “Leypziq”in hücumçusu Timo Verner isə zədə səbəbindən heyətdən kənarda qalıblar.
Almaniya E qrupunda İspaniya, Yaponiya və Kosta-Rika ilə mübarizə aparacaq.