Ukraynada yaşayış evlərindən birinə soxulan rusiyalı hərbçi həyatında ilk dəfə gördüyü elektrik qazanını (“multivarka”) seyf sanaraq ev sahibəsindən onun kodunu tələb edib.
Qadının hekayəsinin videosu sosial şəbəkələrdə yayılıb.
Ukraynalının sözlərinə görə, hərbçi onun evinə girəndə ilk növbədə şkaf-kupedən təəccüblənib.
“Rusiyalı əsgər içəri girdi, arıq, bədbəxt, çox qaşqabaqlı biri idi. Otağa girir, orada isə şkaf-kupe var: onu açır – o biri qapı bağlanır. O (əsgər) isə heyrətini gizlədə bilmirdi”, – deyə qadın olanları danışıb.
Sonra çağırılmamış qonaq mətbəxə keçmək qərarına gəlib. Orada elektrik qazanını görüb, onun qadının zinət əşyaları və pul saxladığı seyf olduğunu düşünüb.
“Kodu deyin! Seyfin şifrəsini deyin!” Mən isə onun nə istədiyini başa düşmürəm… Ah, başa düşdüm, dedim, “buna “multivarka” deyirlər, anlayırsan?” – deyə qadın gülərək danışıb.
Qadının sözlərinə görə, bu cür hadisələr çox olub və onlardan lətifə düzəltmək olar. /oxu.az/
Mənbə: Obozrevatel