ABŞ Süleyman Kərimovun ailəsini “qara siyahı”ya saldı

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.

 

Modern.az xəbər verir ki, daha 28 Rusiya şirkəti və 14 fiziki şəxs “qara siyahı”ya salınıb.

 

Rusiyalı iş adamı, senator, milliyətcə ləzgi olan Süleyman Kərimovun qohumları, həyat yoldaşı, qızı və oğlu, habelə, onunla əlaqəli şirkətlər də məhdudiyyətlərə məruz qalıb.

 

Bundan əlavə, Rusiyanın “Bonum Capital” investisiya şirkətinin rəhbəri Murat Əliyev ABŞ-ın “qara siyahı”sına düşüb. M.Əliyev 2013-cü ilə qədər Kərimovun nəzarətində olan “Nafta-Moskva” qrupunun xəzinədarlıq və ticarət əməliyyatları departamentinə rəhbərlik edib.

 

Akif İsmayılov 

Mənbə

Share: