Vergi daxilolmaları ARTIB

2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub.

 

DVX-dən Modern.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1 faiz və ya 6,6 milyard manatdan çox artıb.

 

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur.

Mənbə

Share: