
“200-dən artıq dron komponentlərinin yarıdan çoxu Amerika, üçdə bir hissəsi Yaponiya istehsalıdır…”
“Dronlarda istufadə edilən teleskopik infraqırmızı linza İsrail firmasının analoji məmulatına bənzəyir…”
“İlkin olaraq demək olar ki, bu məmulat hərbi və ya ikili təyinatlı avadanlıq deyil…”
“Aşkar edilən detallar böyük ehtimalla Qərb orijinallarının Çin analoqları ola bilərdi…”
İran hərbi sənayesi döyüş dronlarında bir sıra Qərb ölkələri, habelə Yaponiya və İsrail istehsalı olan komponentlərdən istifadə edir. Bu barədə bir neçə gün öncə Ukrayna kəşfiyyatı və Ukraynanın müstəqil antokorrupsiya komissiyasının hesabatlarında məlumat verilib.
Moderator.az xəbər verir ki, bu barədə “ikr.net” saytı məlumat yayıb.
Bu idarələr İran PUA-larının fraqmentlərini öyrənib. Bundan başqa, onların mütəxəssisləri İranın “Mocahir-6” dronunu bütövlükdə tədqiq edib.
Ukrayna Silahlı Qüvvələri bu döyüş pilotsuz uçuş aparatının idarəetməsini ələ keçirərək, onu salamat şəkildə endirməyə müvəffəq olub.
Hesabatlarla deyilir ki, 200-dən artıq dron komponentlərinin təxminən yarıdan çoxu Amerika, üçdə bir hissəsi Yaponiya istehsalıdır.
PUA-lar tərəfindən silahın müşahidəsi və yönləndirilməsi üçün istifadə edilən yüksək icazəli teleskopik infraqırmızı linza İsrailin “Ofir ortroniks solyuşns” firmasının analoji məmulatına bənzəyir.
Bu tapıntılar barədə materiallar mətbuatda üzə çıxandan sonra “Ofir”in nümayəndələri İsrailin müdafiə nazirliyi ilə əlaqə yaradıb, onların məhsulunun vasitəçilərlə İranın əlinə keçə biləcəyini qeyd edilib.
Müdafiə nazirliyi vəziyyəti belə şərh edib: “Biz bu məsələni öyrənirik. İlkin olaraq demək olar ki, bu məmulat hərbi və ya ikili təyinatlı avadanlıq deyil”.
Bu o deməkdir ki, linzalar üçün ixrac nəzarəti nəzərdə tutulmayıb. Eynilə də “Möhacir”də aşkar edilən bir çox başqa detallar üçün olduğu kimi. Müvafiq olaraq onları asanlıqla alıb üçüncü ölkələr vasitəsilə İrana ötürmək olardı.
Analitiklərin qeyd etdiyi kimi, ukraynalı ekspertlərin Amerika, Yaponiya və İsrail detallalı kimi qəbul etdikləri detallar böyük ehtimalla Qərb orijiallarından köçürülən ucuz Çin analoqları ola bilərdi.
Hazırda bir çox Çin müəssisələri faktiki olataq istənilən elektron sistemləri və digər məhsulları təqdim edilən çertyojlar və ya nümunələr üzrə sifarişlə dublyaj edə bilir.
Belə ki, İranın Moskvanın “Geran-2” adlandırdığı “Şəhid” PUA-larına Çinin ikitaktlı “Mado MD550” mühərrikləri qoyulur ki, bu da “Limbash L550E” alman mühərriklərinin Çin klonlarıdır.
Məlumat verildiyi kimi, İran dronları yalnız dəstələrdə və böyük hərəkətsiz hədəflər üzrə iş zamanı effektiv olan texnikadır.
Lakin Ukrayna tərəfi HHM vasitələrinin olmaması ucbatından uzun zaman onların qarşısını heç nə ilə ala bilməyib və bu PUA-ların köməyilə Ukrayna enerji şəbəkəsinin xeyli hissəsi dağıdılıb.